Putin səfərə hazırlaşır – Siyahıda türk dövlətləri də var

Putin səfərə hazırlaşır – Siyahıda türk dövlətləri də var

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğalından sonra ilk dəfə xaricə səfər edəcək.

Sfera.az bildirir ki, Putinin iki keçmiş Sovet İttifaqı ölkəsinə - Qazaxıstan və Türkmənistana səfəri gözlənilir.

 

Rusiyanın dövlətə məxsus “Rossiya 1” kanalının Kreml müxbiri Pavel Zarubin bildirib ki, Putin Tacikistan və Türkmənistana səfərinin ardınca İndoneziya Prezidenti Coko Vidodo ilə görüşmək üçün Moskvaya qayıdacaq. Putinin paytaxt Düşənbədə Rusiyanın yaxın münasibətdə olduğu və keçmiş Sovet İttifaqı ölkələrində ən uzun müddət hakimiyyətdə olan Tacikistan Prezidenti İmaməli Rəhmanla görüşəcəyi də gözlənilir.

 

Zarubin Putinin Türkmənistanın paytaxtı Aşqabadda Xəzər dənizi ilə həmsərhəd ölkələr, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın qatılacağı sammitə qatılacağını da açıqlayıb.

 

Putinin məlum olan sonuncu xaricə səfəri Pekin Qış Olimpiya Oyunları üçün Çinə olub. Olimpiadanın başlamasına saatlar qalmış Pekində Çin prezidenti Si Cinpinlə görüşən Putin “məhdudiyyətsiz dostluq müqaviləsi” imzaladıqlarını açıqlayıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR