G7 liderləri Putinin bu fotosunu ələ saldı: “Soyuna bilərik?”

G7 liderləri Putinin bu fotosunu ələ saldı: “Soyuna bilərik?”

Bazar günü Bavariyada keçirilən üç günlük G7 sammitində liderlərin ilk görüşü zamanı maraqlı anlar yaşanıb.

Sfera.az xarici mediaya istinadla bildirir ki, görüş zamanı İngiltərənin Baş naziri Boris Conson onların pencəklərini çıxarıb, yoxsa çıxara bilməyəcəklərini, hətta daha artıq soyunub-soyunmaya biləcəklərini sual edib.

 

Conson həmkarlarını güldürmək üçün “Hamımız Putindən daha sərt olduğumuzu göstərməliyik”, deyib.

 

Kanadanın Baş naziri Castin Trüdo Consona cavab olaraq “yarıçılpaq ata minməyi” təklif edib. Avropa Komissiyasının sədri Ursula von der Leyen "Bəli, ən yaxşısı ata minməkdir",- deyə cavab verib.

 

G7 liderlərinin istinad etdiyi və məsxərəyə qoyduğu hadisə Rusiya Prezidenti Vladimir Putinin ötən illərdə üst geyimsiz ata mindiyi şəkillər olub.

 

Bu məsələ ilə bağlı Rusiya tərəfindən heç bir açıqlama verilməyib.

İnci

 


OXŞAR XƏBƏRLƏR