Logo

“Hamınızı tapacağıq, gizlənə bilməyəcəksiniz…” – Zelenski hədələdi

“Hamınızı tapacağıq, gizlənə bilməyəcəksiniz…” – Zelenski hədələdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynaya raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və bütün digər insanlar başa düşməlidirlər - hamınızı tapacağıq”.

Sfera.az “İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

“Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız. Əgər kimsə “əmr belə olub” deyərək məsuliyyətdən yayınacağını hesab edirsə, yanılır.

Raketlərinizin evlərimizi vurmaları müharibə cinayətləridir. Məhkəmə - sizi gözləyən budur. Siz heç bir yerdə gizlənə bilməyəcəksiniz - nə raketlərinizin atıldığı Xəzər dənizinin sahilində, nə də Belarusda, heç yerdə”, - prezident deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR