Marnuelidə binanın eyvanı uçub - Ölən var
Kateqoriya məlum deyil
Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun mərkəzində beşmərtəbəli binada uçqun baş verib.
Sfera.az xəbər verir ki, binanın 5-ci mərtəbədəki mənzilinin eyvanı uçub. Nəticədə 4-cü mərtəbədəki eyvan da dağılıb.
Hadisə zamanı bir qadının öldüyü, bir neçə nəfərin yaralandığı bildirilib. Əraziyə polis və xilasedicilər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.






