“Rusiya Dnepr çayını minalayıb, indi isə...” – ABŞ kəşfiyyatı

“Rusiya Dnepr çayını minalayıb, indi isə...” – ABŞ kəşfiyyatı

Rusiya Ukraynanın Qara dəniz limanlarına minalar yerləşdirəcək.

Sfera.az bildirir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb. Qeyd olunub ki, Rusiya donanmasına Odessa və Oçakiv limanlarını minalamaq əmri verilib.

 

İddia edilir ki, bu addımlar Rusiyanın taxıl ixracı blokadasının bir hissəsidir və qlobal aclığa səbəb ola bilər. ABŞ rəsmiləri həmçinin bu ayın əvvəlində Ukraynanın ikinci ən böyük taxıl terminalı olan Nikolayevə Rusiyanın raket zərbələri nəticəsində dəyən ziyanı göstərən peyk şəkillərini yayımlayıblar.

 

Rusiya isə Qara dəniz limanlarının ətrafına minaların qoyulması məlumatını təkzib edib və ukraynalıların öz limanlarına mina qoyduğu fikrini irəli sürüb. ABŞ kəşfiyyatı vurğulayıb ki, bu, Ukraynanın nəzarətində olan sahil xəttini kəsmək üçün Rusiyanın strategiyasıdır:

 

“Rusiya Qara dənizin şimal-qərbində minaları yerləşdirmədiyini iddia etsə də, biz təsdiq edə bilərik ki, bu ölkə faktiki olaraq sözügedən bölgədə (Oçakiv yaxınlığında) minalar yerləşdirib. Bizdə onların əvvəllər də Dnepr çayında minalardan istifadə etdiyinə dair məlumatlar var”.

 

Qeyd edək ki, Ukrayna dünya buğda ixracında 10-cu yerdədir və bu ixracatın təxminən 95 faizi Qara dəniz limanları vasitəsilə ölkəni tərk edir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR