Logo

"Ukraynanın bərpası üçün Marşal Planına ehtiyac var" - Kansler

"Ukraynanın bərpası üçün Marşal Planına ehtiyac var" - Kansler
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın bərpası milyardlarla dollar vəsait tələb edəcək.

Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

“Ukraynanın bərpasına uzun vaxt sərf olunacaq. İndi bərpa üçün Marşal Planı lazımdır”, - deyə kansler əlavə edib.

O, Ukraynanın dirçəlişi üçün beynəlxalq ekspert konfransının təşkil olunmasının vacibliyini bildirib.

Həmin ekspertlər hansı sahələrdən başlamalı olduğunu deyəcək.

Qeyd edək ki, Marşal Planı 1947-ci ildə ABŞ Dövlət Katibi Corc Marşall tərəfindən irəli sürülən İkinci Dünya Müharibəsindən sonra Avropaya yardım proqramıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR