Ukrayna Maksim Qalkini “qara siyahı”dan çıxardı
Kateqoriya məlum deyil
Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi rusiyalı şoumen və teleaparıcı Maksim Qalkini dövlətin milli təhlükəsizliyinə təhdid yaradan şəxslər siyahısından çıxarıb.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Qalkin Ukrayna Təhlükəsizlik Xidmətinin tələbi ilə 2021-ci ilin noyabrında “qara siyahı”ya əlavə edilmişdi. Onun bu siyahıya salınma səbəbi açıqlanmasa da, sosial şəbəkələrdə şoumenin 2014-cü ilin iyununda və 2015-ci ilin avqustunda Rusiya tərəfindən işğal olunmuş Krıma səfər etdiyi barədə məlumat yer alıb.






