Logo

Məşhur reperi fanatı səhnədə yıxdı, konsertini yarımçıq qoydu - FOTO

Məşhur reperi fanatı səhnədə yıxdı, konsertini yarımçıq qoydu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur türkiyəli repçi Uzi səhnədə gözlənilməz hadisə yaşayıb.

Sfera.az bildirir ki, mahnıları ilə gündəmdən düşməyən və gənc pop müğənnisi Aleyna Tilki ilə sevgili olduğu iddia edilən ulduz, konsertində fanatının hücumuna məruz qalıb. Belə ki, Uzini qucaqlamaq istəyən şəxs mühafizəçilərdən yan keçərək səhnəyə qaçıb. Sürətlə qaçaraq repçini qucaqlayan fanat onun yıxılmasına səbəb olub.

Həmin şəxs mühafizəçilər tərəfindən saxlanılıb,  ayağa qalxan Uzi isə əsəblərinə hakim ola bilməyib. Baş verənlərdən narahat olan məşhur, "Dostlar, bu, bizim görmək istədiyimiz mənzərə deyil. Allah hamınızı qorusun" deyərək konserti bitirib.

Türkan

Məşhur reperi fanatı səhnədə yıxdı, konsertini yarımçıq qoydu - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR