Logo

İki ölkədən BƏYANAT: İran bölgədə sabitliyi pozan siyasətinə son qoymalıdır!

İki ölkədən BƏYANAT: İran bölgədə sabitliyi pozan siyasətinə son qoymalıdır!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Misir Prezidenti Əbdülfəttah Əl-Sisi və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman iki ölkə arasında bölgəsəl əməkdaşlığın vacibliyini vurğulayan birgə bəyanat yayaraq, İranı sabitliyi pozan bölgəsəl fəaliyyətlərinə son verməyə çağırıblar.

Sfera.az xəbər verir ki, bəyanatda hər iki ölkə başçısı İranın nüvə silahı əldə etməsinin qarşısının alınması, habelə Yaxın Şərqdə atom və kütləvi qırğın silahlarının olmadığı bir regionun təşkili üçün beynəlxalq səylərin dəstəklənməsinin əhəmiyyəti ilə bağlı razılığa gəlib.

Sonda bəyanatda vurğulanıb ki, İran bölgənin ərəb ölkələrinin daxili işlərinə müdaxiləsinə, proksi qruplaşmaları silahlandırmaqla regiondakı sabitliyi pozan fəaliyyətlərinə və beynəlxalq gəmi ticarəti ilə bağlı təhdidlərinə son qoymalıdır.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR