Ukrayna ordusu rusların komanda məntəqəsi və silah anbarı məhv etdi
Kateqoriya məlum deyil
Böyük Hersoq Vitautasının adını daşıyan 40-cı artilleriya briqadasının əsgərləri Ukraynanın cənubunda rus hərbçilərini məhv edib.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığı məlumat yayıb.
Qeyd edilib ki, işğalçılar binada öz komanda-müşahidə məntəqəsi, yaxınlıqda isə döyüş sursatı, xüsusən də tank əleyhinə raket kompleksləri anbarı qurublar.
Ukrayna əsgərləri düşməni havadan izləyib. Müşahidə zamanı məlum olub ki, qapıya V hərfi yazılıb və yaxınlıqda isə səngərlər hazırlanır.
Ukrayna ordusu artilleriya atəşi ilə obyekti məhv edib. Bina alovlanıb, hərbi sursat partlayıb.(teleqraf)






