İngiltərədə helikopter qəzası - Ölənlər var
Kateqoriya məlum deyil
İngiltərənin Şimali Yorkşir vilayətində helikopter qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər həyatını itirib. Lancaşayr və Cumbria sərhədi yaxınlığında baş verən qəzaya nəyin səbəb olduğu hələlik məlum deyil.
Hava Qəzalarının Təhqiqat Bölməsi hadisənin başvermə səbəbini öyrənmək üçün müfəttişlərdən ibarət qrupun qəza yerinə göndərildiyini bildirib.






