Atalarının başdaşına söyüş yazdırdılar - FOTO
Kateqoriya məlum deyil
Bir məzar üçün yeni qoyulmuş başdaşı internet istifadəçilərinin diqqətini cəlb edib.
Sfera.az xəbər verir ki, sözügedən başdaşı ABŞ-ın Ayova ştatındadır.
Daşda ilk baxışda qeyri-adi heç nə yoxdur. Lakin sətirlərin birinci hərflərini alt-alta oxuduqda ingilislərin məşhur söyüşü ortaya çıxır.
Jurnalistlər mərhumun uşaqlarının da məsələyə münasibətini öyrəniblər.
Onlar bildiriblər ki, ataları bu söyüşdən gündəlik istifadə etdiyi üçün qəbir daşına yazdırmağı qərara alıblar. Söyüş heç kimə qarşı yönəlməyib.

(lent.az)






