İranın israilli turistləri təhdid etməsinə sərt reaksiya – “Hücum alternativlərini hazırlayırıq”
İsrailin yüksək vəzifəli dövlət rəsmilərinin İranın Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd planlarının davam etməsi ilə bağlı açıqlamalarının ardından İsrailin xarici işlər naziri bu təhdidlərlə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcək.
Sfera.az xəbər verir ki, İsrailin müdafiə naziri Beni Qantz "İsrail 12" telekanalına açıqlamasında İrana qarşı hücum alternativlərini həyata keçirməyə hazır olduqlarını bildirib.
O, habelə İranın israilli turistlərə qarşı təhdidləri barədə deyib:
"Türkiyənin aidiyyatı dövlət rəsmiləri ilə əlaqə saxlayırıq və təbii ki, əsasən hücum imkanları hazırlayırıq. Təbii ki, lazımı məqamda və zamanda".
Sonda o qeyd edib ki, iranlılara İsrailin imkanlarını sınamağı məsləhət görmür.
Turan Rzayev
Sfera.az