NATO Madrid sammitində Rusiyanı əsas düşmən elan edəcək
Kateqoriya məlum deyil
NATO Madrid sammitində Rusiyanı təhlükəsizliyə, sülhə və sabitliyə əsas təhdid elan edəcək.
Sfera.az xarici agentliklərə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Bild” qəzetinə müsahibəsində bu fikri söyləyib.
“Dünya dəyişdikcə NATO da dəyişir. İndi dünya daha təhlükəli hala gəlib. Biz Rusiyanın artıq tərəfdaş deyil, təhlükəsizliyimiz, sülh və sabitliyimiz üçün təhdid olduğunu bildirəcəyik”, - NATO-nun baş katibi qeyd edib.
Yens Stoltenberq NATO-nun yeni strategiyasında ilk dəfə Çindən də bəhs olunacağını vurğulayıb..
“Çünki Çinin yüksəlişi bizim maraqlarımıza, dəyərlərimizə və təhlükəsizliyimizə təhdid törədir”, - deyə, Yens Stoltenberq bildirib.
///musavat.com






