Ağır yol qəzası: 9 ölü, 28 yaralı
Kateqoriya məlum deyil
Meksikanın Çiapas ştatında sərnişin avtobusu aşıb.
Sfera.az xəbər verir ki, qəza nəticəsində 9 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.
Qəzadan sonra hadisə yerinə xeyli təcili yardım və xilasetmə qrupları göndərilib.
Qəzaya yağış səbəbindən yolun sürüşkən olması səbəb olub.
Turan Rzayev
Sfera.az






