Logo

İranda SEPAH-ın Aerokosmik Qüvvələrinin sayca üçüncü zabiti öldürüldü  - FOTO

İranda SEPAH-ın Aerokosmik Qüvvələrinin sayca üçüncü zabiti öldürüldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın Xomeyn və Semnan şəhərlərində SEPAH-ın Aerokosmik Qüvvələrinin iki zabitinin öldürülməsindən bir həftə keçməmiş, sözügedən qüvvələrin digər zabiti Vahab Fəramərzian Marağada güllələnib.

Sfera.az xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, SEPAH bu barədə hələlik heç bir açıqlama verməyib.

Bəzi media orqanları Vahab Fəramərzianın ölümü ilə əlaqədar elan vəqərəsi dərc edərək, onu son bir həftədə SEPAH-ın Aerokosmik Qüvvələrinin üçüncü qurbanı adlandırıblar.

Təsdiqlənməmiş məlumatlara görə, SEPAH-ın aerokosmik zabiti Vahab Fəramərzian ölkənin şimal-qərbində yerləşən Marağa şəhərində güllələnib.

Fəramərzianın ölümü ilə bağlı hazırlanan elan vərəqəsi onun iyunun 16-da Marağa şəhərinin yaxınlığındakı bir kənddə dəfn edildiyini göstərir.

Turan Rzayev

Sfera.az

İranda SEPAH-ın Aerokosmik Qüvvələrinin sayca üçüncü zabiti öldürüldü - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR