Ukrayna əsas hədəfini açıqladı, Rusiya qorxuya düşdü - “Elə olsa, Kiyevi bombalayacağıq...”
Ukrayna əllərində uyğun silahlar olarsa, bir nömrəli hədəfin Krım körpüsü olacağını açıqlayıb.
Sfera.az bildirir ki, Kerç boğazı üzərindən “Krım körpüsü”nün tikintisi Rusiyaya milyardlarla dollara başa gəlib və Rusiya ilə Krımı birləşdirən körpünün Moskva üçün strateji əhəmiyyəti var. Körpünün uzunluğu 19 km olmaqla Avropanın ən uzun körpüsü kimi tanınır.
Ukraynalı general Dmitri Marçenko Krım körpüsünün bir nömrəli hədəf olduğu ilə bağlı açıqlamasında Moskvanın Ukraynaya hərbi ləvazimatlar daşımaq üçün körpüdən istifadə etdiyinə diqqət çəkərək, “Rusiya armaturlarını kəsmək üçün bu göbək bağını qoparmalıyıq” deyib.
Rusiyada Krım körpüsünün təhlükəsizliyinin Putinin zəmanəti altında olduğu deyilir. Kremlin sözçüsü Dmitri Peskov da rus əsgərlərinin körpüyə tam nəzarət etdiyini vurğulayıb, lakin Ukrayna rəsmiləri körpü ilə bağlı mühüm sənədlərə çatdıqlarını iddia edirlər.
Ukrayna hərbi kəşfiyyatının ələ keçirdiyini iddia etdiyi 300 səhifəlik sənədlərin həqiqiliyini dərhal müəyyən etmək mümkün olmasa da, sənəddə ərazi, yol örtüyü, körpü dayaqları, sürüşmənin qarşısını alan tikililər, girişlər, çıxışlar və kompleksin bütün infrastrukturu haqqında ətraflı məlumatların olduğu bildirilir.
Kremlin sözçüsü Dmitri Peskov Kiyevin körpünü hədəfə almaq planlarından xəbərdar olduqlarını və körpü ilə bağlı bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.
Moskva milyardlarla dollar xərclədikləri körpüyə hər hansı hücum olarsa, Kiyevi bombalayacaqlarını açıqlayaraq Ukraynanı açıq şəkildə hədələyib.
Əzizə Zeynal
Sfera.az