Makron niyə Putindən üz döndərdi? - ŞƏRH

Makron niyə Putindən üz döndərdi? - ŞƏRH

Ötən gün Amaniya və İtaliya baş nazirləri ilə bərabər Kiyev vilayətinin İrpen şəhərini ziyarət edən Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna müharibədə qalib gəlməlidir.  

 

Adının çəkilməsini istəməyən fransız diplomat isə CNN-ə deyib ki, Ukraynanın hərbi qələbəsinə Krımın geri qaytarılması da aid edilməlidir. "Ukrayna prezidenti Zelenski özü müəyyən etməlidir ki, müharibədə hərbi qələbə nədən ibarət olmalıdır. Biz Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünün bərpasını ehtiva edən bütöv qələbənin tərəfdarıyıq. Çünki söhbət hamımızın təhlükəsizliyindən gedir", - deyə diplomat bəyan edib.

 

Bu baxımdan maraqlıdır, son həftələr “Putinin sifəti”ni qorumağın vacibliyini vurğulayan  Makronun ritorikasındakı dəyişikliyin səbəbi nədir?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi şərhçi Şahin Cəfərli deyib ki, demokratik ölkələrdə liderlərin ağzından çıxan hər söz dövlətin rəsmi mövqeyi və hökumətin rəsmi qərarı olmaya da bilər:

 

“Bu ölkələr plüralist toplumlardır, dövlət adamları da bir çox halda aktual məsələlərə dair öz subyektiv qənaətlərini bölüşür. Həmin qənaətlər rəsmi qərar şəklini ala da bilər, almaya da. Bu, Makronun "Putinin sifəti" ilə bağlı dediklərinə də aiddir, Ukraynada bu gün söylədiklərinə də. İkincisi, Makronun “Putinin sifəti”ni düşünməsi Avropa və ABŞ ictimai rəyində dəstək qazanmadı və ciddi tənqidlərə məruz qaldı. Rusiya Avropa və ABŞ-dakı agentura şəbəkəsini və simpatizanlarını hərəkətə keçirsə də, onlar hələ ki ukraynayönümlü ictimai rəyi dəyişməkdə çətinlik çəkirlər. Üçüncüsü, Ukrayna dövləti hər hansı ərazi güzəştinə getməyəcəyini qəti şəkildə bəyan edib və döyüş meydanındakı vəziyyət də Kiyevi belə bir güzəştə vadar etmir. Bəzi Qərb hökumətləri Ukraynanı güzəştlərə razı salmaq istəyə bilər, amma Kiyevin qəbul etmədiyi şəraitdə onu zorla, basqı ilə buna məcbur edəcəkləri inandırıcı deyil”.

 

Ekspert digər səbəbin Ukrayna ordusunun şiddətli müqaviməti olduğunu bildirib:

 

“Rusiyanın Donbasda - lokal bir ərazidə üstün qüvvələr toplamasına rəğmən, 2 aydır regionun inzibati sərhədlərinə çıxa bilməməsi və orada ağır itkilərə məruz qalması, Ukrayna xalqının nə qədər itki və dağıntılar olursa olsun, mübarizə əzmini itirməməsi və müharibəni torpaqların azad edilməsinə qədər davam etdirməyə dair iradə ortaya qoyması çox mühümdür. Hətta bunu başlıca faktor adlandıra bilərik. Qərb həm müharibəni, həm də Ukrayna toplumunun əhval-ruhiyyəsini çox yaxından, real rejimdə izləyir və müvafiq nəticələr çıxarır.

 

Bu müharibədə Rusiyanın qələbəsi variantına inanmadığımı ilk günlərdən söyləyirəm və həmin fikrimdə qalıram. Sadəcə olaraq, müharibənin nə qədər davam edəcəyi və Ukraynanın qələbəsinin hansı miqyasda - bütöv, yoxsa yarımçıq olacağı ilə bağlı hələ ki qeyri-müəyyənlik var. Fransız diplomatın qeyd olunan sitatına baxmayaraq, Qərbin Xerson geri qaytarıldıqdan sonra Krımın da hərbi yolla azad olunması üçün Ukraynaya dəstək verib-verməyəcəyi hələ aydın deyil, çünki bunun ciddi riskləri ola bilər. Krımın öz sahibinə qayıdacağı halda, həqiqətən Putin nəinki sifətini, bədəninin başqa hissələrini də itirər”.

 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...