Meksikada narkomafiya müharibəsi: Baş kəsmək dəbi – FOTOLAR 23+

Meksikada narkomafiya müharibəsi: Baş kəsmək dəbi – FOTOLAR 23+
Sən demə, baş kəsmək təkcə İŞİD terrorçuları arasında dəbdə deyil.

Son vaxtlar Meksikada bir-birinə müharibə elan edən narkokartel üzvləri arasında da düşmən qruplaşmasının əsir alınmış üzvlərinin başları kütləvi kəsilir.

 

Bununla da, narkobaronlar həm ictimaiyyətə, həm də rəqiblərinə kompromissiz olduqlarını nümayiş etdirirlər.

 

Kəsik başlarla göndərilən ismarıc

 

Ötən ilin sentyabrında Uruapan şəhərindəki diskotekaların birinə daxil olan silahlı kişilər döşəməyə torbalardan çıxardıqları 5 insan kəlləsini atdılar. Diskotekada əylənənlər dəhşət içində idilər. Amma silahlılar onlara dəymədi. Sadəcə, masalardan birinin üstünə içində yazı olan kağız parçası qoydular və çıxıb getdilər.

 

Kağızda isə: "bu gündən şəhər yeni yaradılmış narkokartelə - Miçiokan ailəsinə məxsusdur” sözləri yazılmışdı.

 

Öldürülənlər isə indiyədək şəhərdə narkotik alveri ilə məşğul olan yerli qanqsterlər idi.

 

Ritual qətllər

 

Bir vaxtlar BMT-də narkotiklərlə bağlı cinayətlər üzrə şöbədə məsləhətçi işləmiş Samuil Qonsales Ruis bu ölümlərlə bağlı maraqlı açıqlama verib: "Ötən əsrin 90-cı illərində narkokartellər arasında baş kəsmək kimi adət yox idi. Bu, yeni dəbdir. Əvvəllər başqa rituallar vardı. Muzdlu qatillər müxtəlif üsullarla öldürürdülər. Hər qətldə məna olurdu.

 

Məsələn, əgər güllə qurbanın peysərindən vurulurdusa, demək, öldürülən adam polisə, ya da başqa qruplaşmaya satqınlıq edibmiş. Gicgahdan vurulan güllə isə öldürülənin rəqib qruplaşmadan olduğuna işarə idi.

 

Baş kəsmək praktikası isə Meksikaya Qvatemaladan gəlib. Bu ölkədə 30 il vətəndaş müharibəsi gedib. Qarşı tərəflər bir-birlərinin başını kəsməyə öyrəniblər.

 

90-cı illərin sonlarında Los Zetas karteli yarandı. Bu kartelin rəhbərliyi əsasən keçmiş Qvatemala ordusunun zabitləri idi. Narkokartel tədricən gücləndi. İndi  Los Zetas  Meksikanı da, Mərkəzi Amerika dövlətlərinin çox hissəsini də nüfuzu altına alıb. Onlar baş kəsmək kimi praktikanı da özləri ilə gətiriblər”.

 

Terror strategiyası

 

Narkokartellər arasında isə müharibə qızışır. May ayında ölkədə başı kəsilmiş 80 cəsəd tapılıb. Həmin ay Texas ştatı ilə sərhəddə 14 mafioz bu üsulla edam olunub. Turistlərin Meksikada xoşaldıqları yerlərdən biri olan Çapala gölünün yaxınlığında, atılmış mikroavtobuslardan 18 kəsilmiş baş tapılıb. Bu günlərdə isə polis  Monterey şəhəri ətrafında plastik torbalarda başı kəsilmiş 49 meyit aşkarlayıb.

 

Bəs mafiozların bu cür qəddar üsula əl atmalarının səbəbi nədir? Ölkənin daxili işlər naziri Alessandro  Poire deyib ki, mafiozlar bu üsulla əhalini və hakimiyyət nümayəndələrini qorxu altında saxlamaq istəyirlər: "Onların nə demək istədikləri aydındır. Bizə toxunmayın, əks halda, sizin də başınıza bu gələ bilər.”

 
Fotoları təqdim edirik:
 
 
 
 
 
 
 
Publika.az //
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...