Logo

İsraildən Bəşər Əsədə TƏHDİD: “Sarayını bombalayacağıq!”

İsraildən Bəşər Əsədə TƏHDİD: “Sarayını bombalayacağıq!”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail Suriya Prezidenti Bəşər Əsədi İranla hərbi əməkdaşlığı dayandırmayacağı və ya azaltmayacağı təqdirdə saraylarını bombalayacağı ilə hədələyib.

Sfera.az xəbər verir ki, bu barədə "Elaf" saytı məlumat yayıb.

“Təl-Əvivdən yüksək səviyyəli məmurun sözlərinə görə, İsrail rəhbərliyi ölkəsindəki əməliyyatlarını ört-basdır edən və Tehrandan qabaqcıl silahlar tədarük edən Əsədə xəbərdarlıq mesajı göndərib. O, İsrail aviasiyasının Suriyaya növbəti hücumunda prezident saraylarından birinin hədəf olacağını bildirib”, - sayt yazıb.

İsrail ordusu məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.

Turan Rzayev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR