Səkkiz il əvvəlki ssenari təkrarlanır? - Co Baydenin bu səfəri nefti ucuzlaşdıra bilər

Səkkiz il əvvəlki ssenari təkrarlanır? - Co Baydenin bu səfəri nefti ucuzlaşdıra bilər

ABŞ-ın NBC televiziya kanalının xəbərinə görə, prezident Co Bayden gələn ay Səudiyyə Ərəbistanına və İsrailə səfər edəcək.

 

Sfera.az xəbər verir ki, Ağ Ev Baydenin Səudiyyə Ərəbistanı və İsrailə səfərlərinin planlaşdırıldığını, ölkələrin liderləri ilə görüşdə məsləhətləşmələrin aparılacağını təsdiqləyib.

 

ABŞ prezidentinin dünyada yüksək qiymət artımlarının və Rusiya-Ukrayna müharibəsinin davam etdiyi indiki məqamda Səudiyyəyə səfəri təsadüfi ola bilməz.

 

Hazırda Rusiyanın əsas gəlir mənbəyi neft, qaz və neft məhsullarıdır. Rusiyaya təzyiq məqsədilə bu məhsulların idxalının məhdudlaşdırılması enerji qiymətlərinin davamlı yüksəlməsinə səbəb olur. Enerji məhsullarının kəskin bahalaşması isə bütün mal və xidmətlərin dəyərini kəskin artırmaqla yanaşı, Rusiyanın iştahını da artırır ki, bu da Ukraynaya qarşı təcavüzün qarşısını almağı çətinləşdirir.

 

Buna görə də ABŞ administrasiyası 8 il əvvəl olduğu kimi indi də Səudiyyə ilə razılaşma əldə edərək neft qiymətlərinin aşağı düşməsinə nail olmağa çalışacağı yəqindir.

 

Xatırladaq ki, 2014-cü ilin fevralında Rusiya Ukraynanın Krım Muxtar Respublikasının ərazisini işğal edib, daha sonra isə Ukraynanın Donetsk və Luqans vilayətlərində hərbi əməliyyatlara başlayıb.

 

Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırmaq üçün ABŞ neft qiymətlərinin aşağı salınmasına qərar verdi və bu məqsədlə Səudiyyə Ərəbistanı ilə danışıqlara başladı. Danışıqların uğurlu alınması üçün 2014-cü ilin iyunun əvvəlində prezident Barak Obama Səudiyyəyə rəsmi səfər etdi və kral Abdulla ilə görüşərək neft hasilatının artırılması haqqında razılaşma əldə etdi.

 

Bu razılaşmadan qısa müddət sonra neft qiymətləri sürətli enişə keçdi və 2014-cü ilin sonunda 55 dollara, 2016-cı ilin əvvəlində isə 33 dollara çatdı.

 

Neftin ucuzlaşması və başqa sanksiyaların tətbiqi Rusiyanı hərbi əməliyyatları dayandırmağa məcbur etdi. 2014-cü ilin sentyabrında atəşkəs barəsində Minsk protokolu imzalandı. 2015-ci ilin fevralında isə daha bir ətəşkəs razılaşması qüvvəyə mindi.   

 

2022-ci ilin fevralın 24-də Rusiya Ukraynaya qarşı daha genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirir. Bu dəfə daha ağır sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Rusiyanı dayandırmaq mümkün olmur və ruslar ötən müddətdə əlavə torpaq sahələrini işğal edib.

 

Ekspertlər hesab edir ki, bu dəfə də Rusiyanı dayandırmağın ən əlverişli yolu ölkənin neft gəlirlərinin azaldılmasıdır. Bunun üçün həm Rusiyadan neft idxalı azaldılmalıdır, həm də neft qiymətləri aşağı salınmalıdır.

 

Bu nəticənin əldə edilməsində ABŞ-ın güvəndiyi əsas ölkə Səudiyyə Ərəbistanıdır. Səudiyyə hazırda dünyada ən çox neft ixrac edən ölkədir və o, qısa müddətdə neft hasilatını kəskin artırmaq potensialına sahibdir. Əgər Səudiyyə ABŞ-ın istəyini qəbul edərsə, böyük ehtimalla yaxın aylarda neft qiymətlərinin enməsinin şahidi olacağıq. Bundan sonra Rusiyanın necə davranacağını isə yeni şərtlər müəyyənləşdirəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Demi Mur arxiv videosu səbəbindən qalmaqala düşüb

62 yaşlı amerikalı aktrisa Demi Mur karyerasının 45 ilində ilk Qızıl Qlobusunu alan kimi onun qələbə sevinci 1982-ci ildən arxiv videosunu dərc edən onlayn dete...

Rihanna açıq-saçıq alt paltarı ilə bədənini nümayiş etdirdi - FOTOLAR

36 yaşlı müğənni və iş qadını Rihanna alt paltarı markası “Savage X Fenty”nin Sevgililər Günü üçün yeni kolleksiyasının reklam kampaniyasında rol al...

Pilotun ərköyün övladına görə 75 nəfərin həyatına son qoyan təyyarə qəzası - FOTOLAR

Sərnişin təyyarəsinin idarə edilməsini uşağa həvalə etməyi təsəvvür edə bilərsinizmi? Üstəlik, bu “oyun” 75 nəfərin həyatına son qoyacaq faciəyə çev...

Futbol tarixinin ən böyük saxtakarlığı: Ayağına top dəyməyənfutbolçu

Futbol tarixi maraqlı hekayələr və intriqalarla doludur. Ancaq tarix yazan futbolçu var və onu yaşıl meydanlarda görən hər kəs qarşısında diz çöküb tövbə edir. ...

Qadın polisi qətlə yetirən şəxsin cəzası bilindi

Türkiyənin İstanbulun şəhərində polis əməkdaşı Şeyda Yılmazı öldürməkdə təqsirli bilinən Yunus Emre adlı şəxs ömürlük azadlıqdan məhrum olunub.   Sfe...

Dünyanın ən tıxaclı şəhəri bəlli olub

İstanbul dünyanın ən sıx tıxaclı şəhərləri sıralamasında birinci olub. Sfera.az bildirir ki, Inrix-in təhlilinə görə, şəhər sakini tıxaclara görə ildə 105 sa...