"İnsanlarda uşaqlıq dövrü 40 yaşa qədər uzanıb" - Məşhur elm adamından inanılmaz açıqlama

Uşaqlıq dövrü əvvəlki illərə nisbətən uzanıb.


Sfera.az bildirir ki, bunu London Universitet Kollecinin antropoloqu Brenna Hassett “Çeltenham Elm Festivalı”nda deyib. O, digər canlılardan fərqli olaraq  insanların valideynlərindən daha uzun müddət asılı olduqlarını bildirib: 


“Bunun 40 yaşa kimi belə olduğunu deyirəm, amma bilirsiniz ki, ailənizin buna dözmək istəyindən asılı olaraq müddət, daha uzun və ya daha qısa ola bilər. Sərmayə qoyan birinə çevrildiyiniz zaman uşaqlığınız başa çatır. Yəni bu, valideyn olmaqla da əlaqəli deyil. Sadəcə olaraq cəmiyyətiniz və ya mədəniyyətinizlə necə münasibət qurmağınızla bağlıdır”, - deyə  elm adamı söyləyib.


Hassett iddia edib ki,  insanlar özlərini tərbiyə etməyi öyrənsə, yetkinlik yaşına çatsa və ya kolleci bitirsələr belə, onlar uzun illər asılı vəziyyətdə qala bilirlər: 
“Mən cəmiyyət üçün dəyərli heç nə istehsal etməmişəm. Vaxtaşırı anama pul göndərməsi üçün zəng edirdim. 39 yaşımda öz övladım oldu və nəhayət investoru oldum. Valideynlərim kömək etdiyi üçün bu qeyri-adi, uzun uşaqlıq dövrümü keçirə bildim”.

 

Son olaraq, ingiltərəli alim müasir insanların yaşadığı uşaqlıq müddətinin üç əsr yaşamalı olan bir növün müddəti ilə müqayisə edilə biləcəyini əlavə edib: 
“300 il yaşamırıq. Bizi eyni dərəcədə uzun uşaqlığı olan digər növlərlə müqayisə etsəniz, nəticə bir balina ola bilər.  Bununla belə, onlar da o qədər də uzun yaşamırlar. Uzun uşaqlığımız valideynlərin daha çox investisiya qoymasına səbəb oldu. Bu, neandertalları üstələyərək dominant insan növünə çevrilməyimizin və onları nəsli kəsilməyə məcbur etməyimizin səbəblərindən biri ola bilər. 21-ci əsrin tələbləri yetkinliyin uzanması deməkdir. Şimpanzelər yeniyetməlik dövrünü bir və ya iki il keçirirlər. Onlar bir neçə il sonra, sosial cəhətdən hazır olduqda cinsi yetkinliyə çata və uşaq sahibi olurlar. Bunlar isə sosial cəhətdən bildiyimiz ən mürəkkəb heyvanlardır. Bizə 20-30 il, onlara isə cəmi 2 il lazımdır”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...