Kissincer: “Qərb bu ölkələr üçün dünyada yer tapmalıdır”

Kissincer: “Qərb bu ölkələr üçün dünyada yer tapmalıdır”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Rusiyanın Çinin Avropadakı forpostuna çevrilməməsi üçün Qərbin həm Ukrayna, həm də Rusiya üçün dünyada yer tapmalı olduğunu deyib.

 

Sfera.az bildirir ki, “Sunday Times” qəzetinə  NATO haqqında danışan ABŞ-ın keçmiş dövlət katibi Avropa ilə ABŞ arasında əməkdaşlığı əks etdirən təşkilatın davamlılığının vacib olduğunu vurğulayıb. 


“Lakin bir tərəfdən Yaxın Şərq və Asiya, digər tərəfdən isə Avropa və ABŞ münasibətlərində “böyük hadisələrin gələcəyi” faktı qəbul edilməlidir”, - deyə Kissincer bildirib.


NATO üzvlərinin çox yaxşı iş gördüklərini qeyd edən Kissincer, "Onların etdiklərini dəstəkləyirəm", deyib


Digər tərəfdən, ABŞ-ın bu gün Vyetnam müharibəsindən daha çox parçalandığını düşünən Kissincer, “Çindən bir ideya (Qərb strategiyası) gözləmək artıq ağlabatan deyil” şərhini verib. Çin anlayışının dünyaya hakim olduğuna inanmadığını, ancaq Çinin çox güclü ola biləcəyinə inandığını deyən keçmiş diplomat bu vəziyyətin ABŞ-ın maraqlarına zidd olduğuna diqqət çəkib.


Kissincer daha əvvəl ABŞ-ın Çin və Rusiya arasında fərq qoya bilməyəcəyini vurğulamışdı. Ukraynada müharibə başa çatdıqdan sonra qlobal geosiyasi vəziyyətdə müəyyən dəyişikliklər gözləyən Kissincer qeyd edib ki, Rusiya və Çinin maraqları bütün məsələlərdə eyni olmayacaq.

 

Kissincer ABŞ-ın “Çin və Rusiyanı ayıran amilləri yarada biləcəyinə” də inanmadığını diqqətə çatdırıb.

 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...