Türkiyə əcnəbilərə yaşamaq icazəsinin verilməsini məhdudlaşdırır
Kateqoriya məlum deyil
Türkiyə Daxili İşlər Nazirliyi əcnəbilərə yaşamaq icazəsinin verilməsini məhdudlaşdırmaq qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, 2022-ci il iyulun 1-dən Türkiyənin hər bir bölgəsində əcnəbilərin 20 faizindən çoxu yaşaya bilməyəcək.
1,2 minə yaxın yaşayış sahəsi miqrantların məskunlaşması üçün bağlanacaq. Bu, Türkiyədən sığınacaq istəyən insanlara da təsir edəcək.






