Helikopter qəzasında həlak olan 4 türk iş adamının cəsədi tapıldı - FOTO

Helikopter qəzasında həlak olan 4 türk iş adamının cəsədi tapıldı - FOTO

İtaliyanın Toskana şəhərində 2 gün əvvəl radarlardan itən helikopterin qəzaya uğradığı yer müəyyənləşib.
 

Sfera.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, içərisində “Eczaçıbaşı Holdinq” nümayəndələrinin də olduğu helikopter qəzası 7 nəfərin ölümü ilə nəticələnib.

 

Ölənlərdən 4-ü türk iş adamıdır. İtaliya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə aparılan axtarış nəticəsində xilasetmə qrupu bu gün 7 nəfərin cansız bədənini aşkarlayıb.
 

 

Vertolyot cümə axşamı günü havaya qalxmış və şimaldakı Treviso şəhərinə doğru hərəkət edərkən meşəlik ərazilərdə pis hava şəraiti səbəbindən radarlardan itmişdi.

 

“Eczaçıbaşı Holdinq”dən verilən məlumata görə, türk iş adamları İtaliyada keçirilən kağız texnologiyaları sərgisində iştiraka getmişdilər.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...