Logo

"Meymunçiçəyi virusunun aşkarlanması çətinləşdi"-ABŞ mütəxəssisləri

"Meymunçiçəyi virusunun aşkarlanması çətinləşdi"- ABŞ mütəxəssisləri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın səhiyyə mütəxəssisləri bildiriblər ki, son zamanlar aşkar edilmiş meymunçiçəyi yoluxmalarında konkret əlamətlər müşahidə olunmur, bu da xəstəliyin diaqnozunu çətinləşdirir.

Sfera.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin səlahiyyətliləri xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxmanı aşkar edə bilməyin vacib olduğunu söyləyib.

Sözügedən mərkəzin direktoru R.Valenski əlamətlərin dəyişə bildiyini deyib: "Yoluxan şəxslərdə xəstəliyin endemik olduğu Afrika ölkələrindən fərqli olaraq daha yumşaq və bədənin məhdud bölgələrində özünü göstərən simptomlar görmüşdük.

İndiki yoluxma hallarında qızdırma, bədən ağrıları və dəri səpgiləri isə xəstəliyin xarakterik əlamətlərini göstərmir".

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR