Baydendən etiraf: Zelenskiyə xəbərdarlıq etdim, amma...
ABŞ milli kəşfiyyat direktoru Avril Haines bu həftə prezident Co Baydenin müttəfiqlərini inandırmaq üçün kəşfiyyat məlumatlarının gizliliyini aradan qaldırıb.
Sfera.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin sözlərinin yer aldığı bəyanatda Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl baş verən hadisələr təsvir edilir. Bəyanatda deyilir ki, Zelenski Baydenin işğaldan əvvəl etdiyi şərhlərin “çaxnaşma yaratdığını” söyləyib və bunu ciddi qəbul etməyib.
Bu ilin yanvarın sonunda ABŞ rəsmiləri Putinin tezliklə Ukraynanı işğal edəcəyini dedikdən sonra adı açıqlanmayan ukraynalı məmur "CNN" -ə Zelenskinin Baydenə işğalla bağlı “mesajları sakitləşdirməyi”, çünki bunun ölkədə çaxnaşmaya səbəb olacağını çatdırdığını açıqlayıb.
Los-Ancelesdə donorlarla görüşündə danışan Co Bayden Zelenskinin onun açıqlamalarına məhəl qoymadığını, lakin bütün kəşfiyyat məlumatlarının Rusiyanın Ukraynaya hücumunu əks etdirdiyini qeyd edib. Əzizə Zeynal






