Logo

Putindən postsovet ölkələrinə SSRİ MESAJI: “Rusiyanın ərazisi müvəqqəti KİÇİLİB…”

Putindən postsovet ölkələrinə SSRİ MESAJI: “Rusiyanın ərazisi müvəqqəti KİÇİLİB…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Müasir Rusiya Federasiyasının ərazisi əbədiyyən kiçilməyib”.  “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə sülh danışıqlarında nümayəndə heyətinin rəhbəri olmuş Vladimir Medinski I Pytorun 350 illiyinə həsr olunmuş “Gələcək üçün tarix” beynəlxalq forumunda çıxışı zamanı deyib. “Onlar (Rus çarları – red.) yaxın vaxtlara qədər planetin altıda birini təşkil edən bir ölkə qurdular. İndi bu bir qədər az ərazidir. Amma bu azalma əbədi deyil”, – deyə Medinski vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isə deyib ki, I Pyotr əraziləri qaytarır və möhkəmləndirirdi: “Bizim də qismətimizə bu düşüb”.

Bütün bu açıqlamalar, əlbəttə ki, postsovet ölkələrinə növbəti, açıq hədə, təhdiddir, ərazi iddiasıdır. “Ukrayna işğalının mütləq davamı olacaq” ismarışıdır, “SSRİ-2″ mesajıdır. Özü də Rusiya prezidentinin, onun köməkçisinin dilindən səslənən bir mesaj, hədə…

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR