Logo

"Rusiya bu qurumdan çıxarılsın" - Zelenskidən ÇAĞIRIŞ

"Rusiya bu qurumdan çıxarılsın" - Zelenskidən ÇAĞIRIŞ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) çıxarılmasına dair çağırış edib.

Sfera.az “CNN”ə istinadən xəbər verir ki, Zelenski bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatındakı çıxışı zamanı deyib.

Ukrayna Prezidenti öz fikrini Rusiyanın ölkəsində başlatdığı müharibənin qlobal ərzaq təhlükəsizliyinə təsiri ilə əsaslandırıb.

“Rusiyanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında üzvlüyünün davam etdirilməsindən söhbət gedə bilməz”, - deyə o bildirib.

Qeyd edək ki, BMT-yə üzv olan 193 ölkənin hamısı eyni zamanda FAO-nun üzvüdür.

Xatırladaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ərzaq Proqramının birgə hesabatına əsasən, Ukraynadakı münaqişə qida çatışmazlığı ilə üzləşən insanların sayını 47 milyon nəfər artıraraq, ümumilikdə 323 milyona çatdıra bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR