Logo

Meymunçiçəyinə yoluxan şəxs xəstəxanadan qaçdı

Meymunçiçəyinə yoluxan şəxs xəstəxanadan qaçdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Meksikanın Xalisko əyalətinin Puerto Vallarta şəhərində tibb mərkəzində müalicə alan 48 yaşlı ABŞ vətəndaşı gizli şəkildə tibb mərkəzindən ayrılıb.

Sfera.az xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.

Məlumata görə, Jalisko Sağlamlıq Müdirliyi həmin şəxsdə meymunçiçəyi əlamətlərinin olduğunu bildirib. Xəstəyə özünü təcrid etmək tapşırılıb. Lakin o, xəstəxanadan qaçaraq ABŞ-a gedib.

Bildirilib ki, səhiyyə işçiləri vəziyyəti ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinə çatdırıb.

Turan Rzayev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR