Logo

Yeni qanun layihəsi gəlir: Rəhbər vəzifədəkilərin 40 faizini qadınlar təşkil etməlidir

Yeni qanun layihəsi gəlir: Rəhbər vəzifədəkilərin 40 faizini qadınlar təşkil etməlidir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Parlamentində şirkətlərin idarə heyətində daha çox qadının iştirakını təmin edəcək qanun layihəsi ilə bağlı  razılaşma əldə olunub.

Sfera.az bildirir ki, qanun layihəsi 30 iyun 2026-cı ildə qüvvəyə minəcək. Layihəyə əsasən, şirkətlərdə rəhbər vəzifələrdəki işçilərin 40 faizi, qeyri-rəhbər vəzifələrdəki çalışanların isə 33 faizi qadın olmalıdır.

Namizədlərin bərabər keyfiyyətə malik olduğu yerlərdə az təmsil olunan cinsə üstünlük veriləcək, lakin seçim ləyaqət əsasında aparılacaq.

Bildirilib ki, bu qanunvericilik 250 nəfərdən az işçisi olan kiçik və orta sahibkarlıq subyektlərinə şamil edilməyəcək. Qanuna əməl etməyənlərə veriləcək cəzalar arasında qeyd edilib ki, qanunvericiliyə uyğun olmayan seçkilər keçirildiyi təqdirdə cərimələrlə yanaşı, idarə heyətinin seçkiləri də məhkəmə orqanları tərəfindən ləğv edilə bilər.

Bildirilib ki, Aİ-nin ən böyük səhmdar cəmiyyətlərinin idarə heyəti üzvlərinin yalnız 30,6 faizi qadınlardır. Ən çox qadın menecer (45.3 faiz) Fransada, ən az isə (8.5 faiz) Cənubi Kiprdəki şirkətlərdə çalışır.

Əzizə Zeynal  
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR