Vanqanın 2022-ci illə bağlı proqnozları ortaya çıxdı – 6 fəlakət gözlənilir
Bir çox hadisəni öncədən proqnozlaşdırdığı iddia edilən kahin Vanqanın 2022-ci il üçün söylədiyi fikirlər ortaya çıxıb.
Sfera.az bildirir ki, ölümündən 23 il keçməsinə baxmayaraq, insanlar hələ də bolqar kahininin proqnozlarına inanmaqda davam edirlər. Vanqa 2022-ci il üçün ürəkaçan mənzərə çəkməyib.
Məşhur kahinin bu il baş verəcəyini proqnozlaşdırdığı 6 dəhşətli hadisəni təqdim edirik:
1. 2022-ci ildə Avstraliya ilə yanaşı bir neçə Asiya ölkəsində də güclü daşqınlar baş verə bilər. Məşhur kahinin bundan əvvəl 2004-cü ildə baş verən sunami ilə bağlı proqnozu düz çıxmışdı. O, böyük dalğanın sahilləri bürüyəcəyini və insanları məhv edəcəyini bildirmişdi. Qeyd edilən hadisə nəticəsində 200 000-dən çox insanın öldü.
2.Koronavirus epidemiyasını da proqnozlaşdırdığı iddia edilən Baba Vanqa 2022-ci ildə Sibirdə ölümcül virusun aşkar ediləcəyini deyib. Virusun sürətlə yayılacağı və nəzarətdən çıxacağı da qeyd edilib.
3. 2022-ci ildə dünyanın bir çox şəhərlərində içməli su qıtlığı yarana bilər. Əhalinin artması və çayların çirklənməsi bir çoxumuzun su qıtlığı yaşamasına səbəb olacaq. Bir çox dövlətlər yeni resurslar tapmaq üçün həll yolları axtaracaqlar.
4. Elm adamlarının son günlər diqqətdə saxladığı "Oumuamua" kimi tanınan asteroid də Bolqarıstan kahininin proqnozları arasında idi. Proqnoza görə, bu meteorit yadplanetlilər tərəfindən Yerdə həyat axtarışı üçün göndəriləcək.
5. Vanqa 2022-ci ildə dünyanın ən sıx məskunlaşdığı ölkələrindən biri olan Hindistanda temperaturun 50 dərəcəyə qədər yüksələcəyini, çəyirtkə və buna bənzər canlıların əkin sahələrini işğal edəcəyini proqnozlaşdırır. Ardıcıl fəlakətlərdən sonra Hindistanda böyük qıtlıq gözlənilir.
6. Bolqar falçının "İnsanların bədəni dik durmayacaq, donqarları çölə çıxacaq" ifadəsini araşdıran mütəxəssislər bunun gündən-günə artan texnologiya aludəliyi ilə əlaqəli olduğunu iddia edirlər.
İnci
Sfera.az