“İran prezidenti 5 min məhbusun edamı ilə bağlı mühakimə olunmalıdır”
“Human Rights Watch” təşkilatı araşdırma sənədi yayaraq 1988-ci ildə İranda minlərlə siyasi məhbusun edam edilməsinin insanlığa qarşı cinayət nümunəsi olduğunu bildirib.
Sfera.az xəbər verir ki, “Human Rights Watch” yaydığı sənəddə İranın hazırkı prezidenti İbrahim Rəisinin “ölüm heyəti”nin üzvü kimi bu edamlarda rolunu xüsusi vurğulayıb.
“1988-ci ildə İran hakimiyyəti tərəfindən minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsinin insanlığa qarşı cinayət olduğuna dair kifayət qədər sübutlar var” - təşkilatın yaydığı sənəddə bildirilir.
“Human Rights Watch”a görə keçmiş İran rəsmilərinin hesablamalarına və insan haqları qrupları və ya İran hökumətinə müxalif qrupların tərtib etdiyi siyahılara əsasən, 32 şəhərdə ən azı 2800-5000 məhbus edam edilib.
Turan Rzayev
Sfera.az