Ukrayna İsraildən bu silahı istədi - "Qadınlarımıza görə..."
Ukraynanın İsraildəki səfiri Yevgen Korniyçuk Təl-Əvivdə keçirdiyi mətbuat konfransında Ukrayna rəhbərliyinin İsraildən gözləntiləri ilə bağlı açıqlamalar verib.
Sfera.az bildirir ki, o, Dəmir Qübbəli Hava Hücumundan Müdafiə Sistemini İsraildən almaq istədiklərini ifadə edib. Korniyçuk İsrail istehsalı olan portativ "Spike SR" tank əleyhinə raket sisteminin Almaniyadan Ukraynaya daşınmasına İsrail rəhbərliyindən də icazə verilməsini istədiklərini vurğulayıb.
İsraildən hərbi texniki dəstəyə ehtiyac duyduqlarını söyləyən Korniyçuk “Qadınlarımızı və uşaqlarımızı Rusiya bombardmanlarından xilas edə biləcək Dəmir Qübbəyə ehtiyacımız var. ABŞ satışa etiraz etməyəcək. Biz onun bağışlanmasını istəmirik, almaq istəyirik”, - deyə bildirib.
Digər tərəfdən, İsrailin ABŞ ilə imzaladığı müdafiə ixracı protokollarına görə hərbi mənbələr Dəmir Qübbənin Ukraynaya və ya başqa bir ölkəyə satılmasını mümkün saymır. Əvəzində belə bir fikir var ki, bu ölkəyə İsrail istehsalı olan “David Slingshot” və ya “SPYDER” kimi hava hücumundan müdafiə sistemləri satıla bilər.
Əzizə Zeynal
Sfera.az