İsveç Türkiyəyə məhəl qoymadı – Andersson PKK-nı seçdi…
İsveçdə baş nazir Maqdalena Anderssonun PKK-nın dəstəklədiyi müstəqil millət vəkili Amine Kakabaveyə güzəştə getməsi sərt reaksiyaya səbəb olub.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə təhvil verilməsini istədiyi Kakabaveh Anderssona qarşı etimadsızlıq səsverməsində bitərəf qalaraq hökumətin devrilməsinin qarşısını alıb. Bunun qarşılığında Kakabaveh və İsveç hökuməti terror təşkilatı PKK/YPG-yə dəstəyi davam etdirmək üçün əl sıxıb.
Mətbuat yazır ki, Maqdalena Andersson terror təşkilatı PKK və onun əlaltıları ilə üzvi əlaqələri olan isveçli millət vəkili ilə münasibəti ölkəsinin maraqlarından üstün tutub.
PKK tərəfdarı olan deputatın Türkiyəyə tətbiq edilən silah embarqosunun davam etdirilməsini tələb etdiyi də vurğulanıb. 3 ay sonra seçkiyə gedəcək hökumət üçün büdcə səsverməsi böyük əhəmiyyət kəsb edir. Çünki Anderssonun partiyası olan Sosial Demokratların ən böyük vədlərindən biri pensiya üçün əlavə imtiyazlar olacaq.
Əzizə Zeynal
Sfera.az