Logo

Rusiya səfiri: "Rusiya ilə ABŞ arasında əməkdaşlıq çökür"

Rusiya səfiri: "Rusiya ilə ABŞ arasında əməkdaşlıq çökür"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ölkəsi ilə ABŞ arasında dialoqun səviyyəsinin “görünməmiş dərəcədə aşağı olduğunu” deyib.

Sfera.az bildirir ki, səfir Antonov iki ölkə arasında mövcud münasibətləri aşağıdakı sözlərlə yekunlaşdırıb:

"Rusiya-Amerika siyasi dialoqu görünməmiş dərəcədə aşağı səviyyədədir. Etimad sarsılır, hətta açıq-aşkar qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq çökür. Texniki məsələlərin vaxtaşırı müzakirəsi istisna olmaqla, tərəflər arasında ünsiyyət çox məhduddur".

Rusiyalı diplomat onu da bildirib ki, tərəflər hazırda strateji sabitlik üzrə dialoq aparmır və iki ölkədən konkret addımlar gözlənildiyindən vəziyyət yanlışdır.

Antonov əlavə edib ki, Moskva ilə Vaşinqton arasında hər hansı qeyri-rəsmi dialoqun olmasından xəbəri yoxdur.

Əzizə Zeynal 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR