Heyvan baxıcısının evində 30 cəsəd aşkarlandı – FOTO
Kateqoriya məlum deyil
ABŞ-da heyvan baxıcısının evindən 30 heyvan cəsədi tapılıb.
Sfera.az “New York Post”a istinadən bildirir ki, 47 yaşlı Karolin Daun Penninqtonun evindən pis qoxular gələndən sonra ətrafdakı insanlar vəziyyəti polisə xəbər verib.
Evində 28 ölü iti və 2 pişiyi qəfəsdə saxlayan Penninqtonu heyvanlara təcavüz etdiyi üçün polislər saxlayıb.
Riçlend dairəsinin şerifi Leon Lott verdiyi açıqlamada heyvanların aclıq və susuzluqdan öldüyünü bildirib: "İnsanların heyvanlara baxmağı əmanət etdiyi bu şəxs, bu etibara, eləcə də heyvanların etibarına xəyanət etdi", - deyə bildirib.
İnci
Sfera.az






