Boris Consona qarşı ŞOK ADDIM: Baş nazir istefa vermək məcburiyyətində qalacaq?
İngiltərə baş naziri Boris Consonun rəhbərlik etdiyi partiya gözlənilən addımı atıb.
Sfera.az bildirir ki, Mühafizəkarlar Partiyasının parlament qrupunda etimad səsverməsi keçiriləcək. Səsvermənin Bakı vaxtı ilə saat 21:00-23:00 arasında baş tutacağı gözlənilir. Məlumata görə, Conson səsvermədə məğlub olarsa, istefa verməlidir. Səsvermə gizli aparılacaq. Qeyd olunub ki, 359 deputatın hamısı səs verərsə, Consonun vəzifədə qalması üçün ən azı 180 səs lazımdır.
Conson səsvermədə məğlub olarsa, Mühafizəkarlar Partiyası tərəfindən seçiləcək yeni lider həm də Böyük Britaniyanın yeni baş naziri olacaq və hökuməti formalaşdıracaq. Lakin qalib gələrsə, partiyanın mövcud qaydalarına görə, eyni səsvermə 1 il ərzində keçirilə bilməz. Səsvermə üçün partiyanın deputatlarının ən azı 15 faizi (54) yazılı müraciət etməli idi. Bu gün səhər 15 faizlik səsvermə baryerinin keçdiyi açıqlansa da, neçə deputatın səs vermək istədiyi açıqlanmayıb.
Qeyd edək ki, Boris Conson baş nazirin iqamətgahında keçirilən bəzi ziyafətlərə qatıldığı üçün polis araşdırmasından sonra cərimələnmişdi.
Günay Rəsulqızı
Sfera.az






