Logo

Kilsəyə silahlı hücum: 50 nəfər ölüb

Kilsəyə silahlı hücum: 50 nəfər ölüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nigeriyanın cənub-qərbində bir qrup silahlı Müqəddəs Fransisk katolik kilsəsinə hücum edib.

Sfera.az xəbər verir ki, "Nigerian Tribune" qəzetinin tibb işçilərinə istinadən yaydığı məlumata görə, 50-dən çox insan hücumun qurbanı olub. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.

"Politics Nigeria" portalı isə 85 nəfərin öldürüldüyü barədə xəbər yayıb. Həlak olanların sayına dair hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Nigeriyada xristianlar əhalinin təxminən 47 faizini, müsəlmanlar isə 51 faizini təşkil edir. Xristianlar ölkənin cənubunda, müsəlmanlar şimalda və mərkəzi regionlarda yaşayırlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR