Logo

13 Yaşlı Canlı Bomba Tutuldu - İRAQDA

13 Yaşlı Canlı Bomba Tutuldu - İRAQDA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Üzərində canlı bomba jileti olan uşaq İraqın Kərkük şəhərində hücum anında tutulub.
Sfera.az xəbər verir ki, Hadisəyə dair açıqlama verən Kərkük Polis Rəisi Polkovnik Hattap Ömər: "Kərkükün Tisin küçəsindəki Rəsul Əzəm Məscidinə hücum etmək istəyən bir uşaq, üzərindəki bomba jilet ilə tutub" dedi.
Canlı bomba jiletini daşıyan uşağın 13-15 yaşlarında olduğunu ifadə edən Ömər, üzərindəki jiletin bomba məhvetmə mütəxəssisləri tərəfindən etibarlı bir şəkildə çıxarıldığını deyib.
Qeyd edək ki, Kərkükün 1 İyun Məhəlləsindəki Cəfər əs-sadiq Hüseyniyə Məscidinə bu axşam təşkil olunan hücumda 2-si polis olmaqla 3 nəfər yaralanmışdı.
Sfera.az //
Aytac Salahova

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR