Logo

Meymunçiçəyi virusu Türkiyəyə çatdı: 3 nəfər təcili xəstəxanaya yerləşdirildi

Meymunçiçəyi virusu Türkiyəyə çatdı: 3 nəfər təcili xəstəxanaya yerləşdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə 3 nəfər meymunçiçəyi virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Sfera.az bildirir ki, Sultanqazi Həbiblər küçəsində yerləşən aptekə gələn 2 əcnəbi vətəndaş əllərindəki yaraları göstərərək dərman istəyib. Əczaçı yaraların meymunçiçəyi ola biləcəyindən şübhələnib və səlahiyyətlilərə məlumat verib. Sözügedən şəxslər aptekdən krem alaraq çıxsa da,  polis və sağlamlıq qrupları onları  və yanlarındakı bir nəfəri küçədə saxlayıb. 3 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və müayinədən keçirilib.

Yaraların səbəbi araşdırılarkən, bu qabarcıqların suçiçəyi səbəbiylə meydana çıxma ehtimalı da dəyərləndirilib. Bu barədə açıqlama verən əczaçı Esra Koca, "Dünən 2 əfqan gəldi, əllərini göstərdilər, üzərində yumru toxumlara bənzəyən yaralar var idi. Onların şəklini çəkdim, həkimə göndərdim. Biz xəstəliyin meymunçiçəyi ola biləcəyindən şübhələndik, çünki əlamətlər çox bənzəyirdi. Onlar getdikdən sonra hər  yeri dezinfeksiya etdim”, - deyə söyləyib.

Həmin 3 nəfərdə meymunçiçəyinin olub-olmaması ilə bağlı testin nəticələri hələlik açıqlanmayıb.

Günay Rəsulqızı
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR