Logo

“Putin müharibədə strategiyasını dəyişdi” – Nazirdən qalmaqallı AÇIQLAMA

“Putin müharibədə strategiyasını dəyişdi” – Nazirdən qalmaqallı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın xarici işlər naziri Annalena Berbokun son açıqlaması gündəm olub.

Sfera.az bildirir ki, nazir Rusiya prezidenti Vladimir Putinin strategiyasını dəyişdiyini deyib.

“Amma cəhənnəm davam edir. Putin ukraynalıların cəsarətini lazımınca qiymətləndirmədi. O, bizim inadkarlığımız və yorğunluğumuz üzərindən mərc edir. Hər kəndi Buçanın taleyi gözləyir. Ona görə də biz indi Ukraynanı, silahla dəstək  də daxil olmaqla, dəstəkləməyə davam etməliyik. Çünki Putini sözlə dayandırmaq olmaz”.

Xarici işlər naziri açıqlamasında, həmçinin “Sülh ucuz başa gəlmir. Xərclədiyimiz hər qəpik təhlükəsizliyə, Avropanın azadlığına töhfədir. Ukrayna təhlükəsiz olmasa, Avropa da təhlükəsiz olmayacaq. Əgər Putin Ukraynada dayandırılmasa, o, həmişə hücum təhlükəsi olaraq qalacaq”, - deyə söyləyib.

Günay Rəsulqızı
Sfera.az

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR