Logo

Bu dövlət Türkiyədən “Atmaca” raketi alır

Bu dövlət Türkiyədən “Atmaca” raketi alır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əlcəzair Türkiyənin ROKETSAN şirkətindən “Atmaca” gəmi əleyhinə raketlər almağa hazırlaşır.

Sfera.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı, prezident Abdelmajid Tebbuna “sövdələşməyə tez bir zamanda yenidən baxılacağına” söz verib.

Əlcəzair Milli Hərbi Dəniz Qüvvələrində artıq Çinin YJ-83 gəmi əleyhinə raketləri, Rusiyanın 3M-54 Calibre və Kh-31, eləcə də İsveç RBS-15 raket sistemləri var.

Qeyd edək ki, “Atmaca” gəmi əleyhinə raketin yaradılmasına Türkiyə Hərbi Dəniz Qüvvələrləri tələbləri üzrə 2005-ci ildə ROKETSAN şirkəti tərəfindən başlanılıb. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini isə ASELSAN şirkəti hazırlayıb. Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. “Atmaca”nın Türkiyə HDQ-nin invertarında yer alan Amerikanın “Harpoon” raketini əvəz edəcəyi planlaşıdırılıb.

Xarici görünüşcə “Atmaca” Amerikanın “Harpoon” raketinə bənzəyir. “Atmaca” raketin atış uzaqlığı 200+ km, çəkisi 800 kq-dır. “Harpoon” raketinin isə atış mənzili 140 km, ağırlığı 691 kq təşkil edir.(Teleqraf.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR