Logo

96 yaşlı kraliçanın halı pisləşdi – Mərasimlərdə iştirak edə bilməyəcək

96 yaşlı kraliçanın halı pisləşdi – Mərasimlərdə iştirak edə bilməyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərə kraliçası II Yelizaveta taxt-taca oturmasının 70-ci ildönümü ilə bağlı dünən başlayan mərasimlərdə özünü narahat hiss edib.

Sfera.az xarici mediaya istinadla bildirir ki, buna görə də kraliça bu gün Müqəddəs Pavel Kilsəsində Şükranlıq mərasimində iştirak edə bilməyəcək.

Bukinqam Sarayından verilən açıqlamada 96 yaşlı kraliçanın mərasimə qatılmama səbəbi  uzun yol məsafəsi ilə əlaqələndirilib.

Fevral ayında koronavirusa yoluxan kraliça yorğunluq və yüngül narahatlıq səbəbindən son aylarda bir neçə dəfə müxtəlif tədbirlərə qatıla bilməyib.

Buna baxmayaraq, kraliça taxtda oturmasının 70-ci ili üçün dörd günlük Platinum Yubiley qeyd etmələri çərçivəsində dünən axşam məşəlin yandırılması mərasimində iştirak etmişdi. Bunun ardınca Böyük Britaniyada və Britaniya Millətlər Birliyinə üzv dövlətlərdə minlərlə məşəlin zəncirvari yandırılması reallaşdı.

Əzizə Zeynal  
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR