Logo

Ay torpağı və ölü tarakanlar hərraca çıxarıldı - FOTO

Ay torpağı və ölü tarakanlar hərraca çıxarıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kosmik missiyalara aid müxtəlif obyektlərin satışı ilə məşğul olan “RR Auction” öz saytında maraqlı məhsul yerləşdirib.

Sfera.az bildirir ki, yerləşdirən məhsula Neil Armstronqun ilk Apollo 11 missiyası zamanı toplanmış reqolit kimi tanınan Ay torpağından nümunələr daxildir.
Maraqlısı odur ki, illər əvvəl təcrübə üçün bu torpaqla tarakanlar qidalandırılıb.

1969-cu ildə həyata keçirilən missiyanın sonunda elm adamları Yerə qayıdan astronavtları və özləri ilə gətirdikləri bütün əşyaları karantin müəssisəsində tədqiq etmişdilər. 21 günlük karantin müddətində astronavtlar tibbi müayinədən keçirilib, reqolit hissəcikləri də tarakanlarla təmasda olub. Təcrübənin məqsədi Ay tozu ilə təmasda olan və yeyən heyvanların necə reaksiya verəcəyini görmək olub. Apollon 11 missiyasında toplanan təxminən 22 kiloqram Ay torpağının 10 faizinin belə təcrübələrdə istifadə edildiyi təxmin edilir.

Tədqiqatları aparan Bruks adlı alim Ay tozunun bu heyvanlarda heç bir pis təsirini aşkar etməyib. NASA-dan aldığı bütün nümunələri öz evində saxlayan alim 2007-ci ildə dünyasını dəyişdikdən sonra bu materiallar 10 min dollara naməlum şəxsə satılıb.

Tarakanların udduğu ay tozu da heyvanların bağırsaqlarından çıxarılaraq kiçik şüşə butulkaya qoyulub. Bu şüşə “RR Auction” vasitəsilə təkrar hərraca çıxarılan eksperimental materiallar arasındadır. Şirkətin saytında dərc olunan bəyanatda aşağıdakı ifadələrdən istifadə edilib:

"Tarakanların qarnından götürülən bu material Ay tozundan xumusa çevrilib. Aerokosmik bazarda unikal olan nadir məhsul".

Satışa çıxarılan əşyalar arasında təcrübədə istifadə edilən üç tarakanın yaxşı qorunub saxlanmış cəsədləri də diqqət çəkib. Şirkət məhsulların ümumilikdə təxminən 400.000 dollara satılacağını təxmin edir. Mayın 26-da başlayan satışda ən yüksək təklif indiyədək 11 min dollar olub. Satış iyunun 23-dək davam edəcək.

İnci
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR