Putinin ən böyük SİRRİ ÜZƏ ÇIXDI: ABŞ kəşfiyyatının hesabatlarında nələr var?
ABŞ kəşfiyyatının Putinlə bağlı hesabatları mətbuata sızıb.
Sfera.az bildirir ki, bu barədə “Newsweek” jurnalı məlumat dərc edib.
Jurnalın üç fərqli kəşfiyyat orqanının yüksək rütbəli məmurlarına əsaslandırılan qiymətləndirməsində Putinlə bağlı maraqlı məlumatlar yer alıb.
Milli Kəşfiyyat Direktorunun ofisinin rəsmisi "Putin tamamilə xəstədir”, - deyə söyləyib. Həmçinin biri Müdafiə Kəşfiyyat Agentliyinin, digəri isə Hərbi Hava Qüvvələrinin təqaüdçü zabiti olan digər iki məmur Putinin səhhəti ilə bağlı geniş kəşfiyyat məlumatlarına çıxış əldə etdiklərini və Rusiya liderinin vəziyyətinin ürəkaçan olmadığını bildirib:
"Putindən sonra hakimiyyət boşluğu dünya üçün çox təhlükəli ola bilər".
Kəşfiyyatçılar ictimaiyyətin Putinin hakimiyyətini itirəcəyi ilə bağlı getdikcə daha çox narahat olduğuna diqqət çəkib və onun mart ayında sui-qəsd cəhdindən sağ çıxdığını xatırladıb.
Yüksək səviyyəli kəşfiyyat rəsmilərindən biri Putinin gücünün artıq mütləq olmadığını vurğulayaraq, “Kremldə hamı sonun yaxınlaşdığını hiss edir”, - deyə söyləyib. Rəsmilər, həmçinin vurğulayıblar ki, Putin özünü təcrid etdikcə etibarlı kəşfiyyata çıxış çətinləşib.
Qeyd edək ki, ötən həftələrdə Britaniya mətbuatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentinə əsaslanaraq, Putinin maksimum 3 il ömür sürəcəyi ilə bağlı məlumat yaymışdı. Rus agent İngiltərənin "Mirror" qəzetinə verdiyi açıqlamada, “Putinə televiziyada deyəcəklərini oxumaq üçün böyük hərflərlə yazılmış kağız parçaları lazımdır. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşir”, - deyə söyləmişdi.
Günay Rəsulqızı
Sfera.az