Logo

YENİ VİRUS - 82 uşaq "pomidor qripi"nə yoluxdu

YENİ VİRUS - 82 uşaq "pomidor qripi"nə yoluxdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hindistanda 80-dən çox uşaq "pomidor qripi"nə yoluxub.

Sfera.az xəbər verir ki, bu barədə Hindistanın "İndia Today" qəzeti məlumat yayıb.

Məlumata görə, Hindistanın səhiyyə orqanları infeksiya ilə mübarizə aparmaq üçün kampaniyaya başlayıb. Nəşrin məlumatına əsasən, təkcə Kerala şəhərində 82 körpədə bu virus aşkar edilib.

Xəstəliyin simptomlarına yüksək hərarət, qırmızı qabarcıqlar, ürəkbulanma və oynaq ağrısı daxildir.

"Bu, həyati təhlükəsi olmayan bir xəstəlikdir, lakin yoluxucudur və insandan insana keçə bilər", - deyə nəşr ekspertlərə istinadən qeyd edib.

Hindistan səlahiyyətliləri infeksiya nəticəsində hələlik ölüm faktı qeydə almayıb. (Modern.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR