Rusiyanın dövlət televiziyası Üçüncü Dünya Müharibəsinin anonsunu verdi

Rusiyanın dövlət televiziyası Üçüncü Dünya Müharibəsinin anonsunu verdi

Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar.


Sfera.az bildirir ki, Rusiyadan gələn görüntülər isə bu gərginliyin daha da artacağından xəbər verib. Belə ki, ölkənin dövlət televiziyasından Üçüncü Dünya Müharibəsi anonsu gəlib.


Kremlin nəzarətində olan “Rossiya-1” telekanalında “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva iddia edib ki, Qərbin Ukraynaya silah verməsi qlobal münaqişə deməkdir. Rusiyalı jurnalist canlı yayımda bu ifadələri işlədib: “Bəlkə Ukraynada Xüsusi Hərbi Əməliyyatın başa çatdığını qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə, Üçüncü Dünya Müharibəsi başlayıb”. 


“Donetsk Amerikanın M777 haubitsaları ilə vuruldu”, deyən aparıcı fikirlərini bu cür davam etdirib: 


“Biz təkcə Ukraynanı deyil, bütövlükdə NATO-nu tərksilah etməyə məcburuq”. 


Britaniya mətbuatı isə “Putinin kuklası” adlandırdığı Skabeyevanın Kremlin razılığı olmadan bu açıqlamanı verə bilməyəcəyini bildirib.


Qeyd edək ki, daha əvvəl canlı yayımda Moskvanın nüvə hücumu xəritəsini yayımlayan rusiyalı jurnalistlər London, Paris və Berlinin 202 saniyə ərzində yer üzündən silinəcəyini açıqlamışdı.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR