Logo

Olqa Skabeyeva elan etdi: "Üçüncü dünya müharibəsi başlayıb..."

Olqa Skabeyeva elan etdi: "Üçüncü dünya müharibəsi başlayıb..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kremlin nəzarətində olan “Rossiya-1” telekanalında “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva üçüncü dünya müharibəsinin başladığını deyib.

Sfera.az xarici KİV-ə istinadən bildirir ki, aparıcı Qərbin Ukraynaya silah verməsini qlobal münaqişə adlandırıb:

“Bəlkə Ukraynada Xüsusi Hərbi Əməliyyatın başa çatdığını qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə, 3-cü dünya müharibəsi başlayıb”.

Britaniya mətbuatının “Putinin kuklası” adlandırdığı Skabeyevanın Kremlin razılığı olmadan bu açıqlamanı verə bilməyəcəyi bildirilir.

Daha əvvəl canlı yayımda Moskvanın nüvə hücumu xəritəsini yayımlayan rusiyalı jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin xəritəsinin 202 saniyə ərzində silinəcəyini açıqlamışdı.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR