Logo

Türkiyə ilə Yunanıstan müharibəyə başlayır? - AÇIQLAMA

Türkiyə ilə Yunanıstan müharibəyə başlayır? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Lazım gələrsə,  Türkiyə ilə döyüşməyə hazırıq”.

Bu barədə Yunanıstan Müdafiə Nazirliyi məlumat verib. Türkiyə Milli Müdafiə naziri Hulusi Akar isə, “Yunanıstanın Türkiyə ilə döyüşü sadəcə riyazi olaraq  mümkün deyil”, - deyə söyləyib.

Bu barədə Sfera.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy bildirib ki, Türkiyəyə qarşı koalisiya artıq məqsədini bildirməyə başlayıb. Onun sözlərinə görə, müdafiə naziri Hulusi Akar fikirlərində haqlıdır:

“Yunanıstan tarixdən dərs çıxarmalı və Türkiyə ilə qarşıdurmadan yayınmalıdır. Ancaq Yunanıstanı ürəkləndirənlər var. Bunların da başında Amerika Birləşmiş Ştatları gəlir. İsveç və Finlandiyanın NATO-ya haqlı olaraq veto qoymaq hüququnu saxladığını dilə gətirən Türkiyəyə qarşı fərqli mübarizə metoduna keçirlər. Putinin Ərdoğanı “öz NATO-suna” dəvət etməsi də boşuna deyil".

Müsahibimiz bildirib ki, Qərbin əsas məqsədi özlərinin də açıq şəkildə dediyi kimi daxildən zəiflətməkdir:

“İqtisadi vəziyyət, sanksiyalar və s. - bütün bunların ssenari müəllifi xüsusilə Qərblə bağlıdır. Ancaq nəzərə almalıdırlar ki, bütün bunlar dünyada özlərinə qarşı daha böyük təhdidlərin yaranması deməkdir. NATO-dakı ən güclü müttəfiq olan Türkiyəyə deyil də, məhz Yunanıstana qırıcıların verilməsi, silahlandırılması gələcəkdə böyük təhlükələrə gətirib çıxara bilər”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR